Misir Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir.
Sportinfo.az xəbər verir ki, Misir yığmasını çalışdırmağa namizədlərdən biri də Tyerri Anridi.
“Barselona”nın sabiq futbolçusunun Misir Futbol Federasiyasının əməkdaşları ilə görüşdüyü bildirilir.Görüşdə müqavilə şərtləri müzakirə edilib, hətta maliyyə məsələsində razılıq əldə olunduğu da bildirilir
. Ancaq Tyerri Anri Misir yığmasının ciddi hədəflərinin olmasına əminlik tapmaq istəyir. Ona görə də, federasiya rəhbərliyindən yığmanın inkişaf planını tələb edib. Anri hazırda Belçika yığmasında Roberto Martinesin köməkçisi işləyir.

