"Biz futbolçu, onun agenti və klubu ilə razılaşmışdıq"

25 İyul 2018 12:48 Azarkeş 542
"Biz futbolçu, onun agenti və klubu ilə razılaşmışdıq"

Malkomun “Bordo”dan “Barselona”ya keçidi “Roma”nı narazı salıb.

Sportinfo.az xəbər verir ki, “Roma” rəhbərliyi bu transfer zamanı ədalətsizlik baş verdiyini güman edir.

“Canavarlar” məsələ ilə bağlı məhkəməyə də müraciət edə bilərlər. Bu barədə “Roma”nın idman direktoru Ramon Monçi məlumat verib:

“Malkomla baş verənləri izah etmək çox çətindir. Biz futbolçu, onun agenti və “Bordo” ilə də razılaşmışdıq.

Situasiya dəyişəndə bu barədə klub prezidentinə məlumat verdim. O isə dedi ki, “Barselona”nın şərtlərindən daha sərfəli olan yeni müqavilə hazırlamaq lazımdır.

Ancaq sonradan danışıqların auksiona çevrildiyini gördükdə, biz bu oyundan çıxdıq. Hazırda baş verənləri analiz edirik. Ola bilsin ki, məhkəməyə müraciət etdik.

Düzdü, həqiqətən də nəyəsə imza atılmayıb. Amma bizdə futbolçunun agentinə və “Bordo”ya göndərilən mesajlar var. Bütün bunların isə qiymətləndirilməsinə və fikir bildirilməsinə ehtiyac yaranır".

İyulun 23-də “Bordo” və “Roma” Malkomun transferi ilə bağlı razılıq əldə etdiklərini bldirmişdilər. İyulun 24-də isə futbolçu 41 milyon avroya “Barselona”ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti