Dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib

16 İyul 2018 18:24 Azarkeş 423
Dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib

Rusiyada keçirilən dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib.

Sportinfo.az xəbər verir ki, mundial üçün ümumilikdə, 2 milyon 889 min 351 bilet satılıb.

Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb - 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 biletlə üçüncü yerdə qərarlaşıb.

Moskvada "Lujniki" stadionunda Fransa və Xorvatiya komandaları arasında baş tutmuş final oyununu 78 min 11 nəfər stadiondan izləyib. Qarşılaşmanın ümumi auditoriyası ilə, təxminən, 1 milyard nəfər təşkil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti