İngiltərə yığmasının azarkeşi Duqlas Moretonun Rusiyada itkin düşdüyü barədə məlumat vermişdik.
Duqlası sonuncu dəfə iyulun 6-da Samarada görmüşdülər, ondan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdı.
Sportinfo.az xəbər verir ki, artıq ingilis azarkeş tapılıb.
Onu Moskva mehmanxanalarının birində tapıblar. İngilis fanat tapılarkən sərxoş vəziyyətdə olub. Artıq Rusiya polisi fanatın yaxınlarını və İngiltərə səfirliyini məlumatlandırıb.

