Avropa Liqasının ilk matçında “Uypeşt”i qəbul edəcək “Neftçi” azarkeşləri də düşünür.
8-ci kilometr stadionu təmirə bağlandığından, Macarıstan təmsilçisini Mərdəkanda qəbul edəcək bakılılar bir sıra tədbirlər planlaşdırır.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi “Dalğa Arena”da anşlaqa nail olmaq üçün azarkeşlərə avtobus ayıracaq.
Oyunun keçiriləcəyi məkan şəhər kənarında olduğundan və gediş-gəlişdəki çətinlik nəzərə alınaraq, 16 avtobus azarkeşlərin ixtiyarına veriləcək.
Şəhərin müxtəlif nöqtələrindən azarkeşləri Mərdəkana pulsuz daşıyacaq avtobuslar matç bitincə onları geri qaytaracaq.
Klub tezliklə avtobusların qərar tutacağı məkanlar barədə əlavə məlumat verəcək. İyulun 12-də baç tutacaq oyun sat 21.00-da start götürəcək.

