Yaponiyalı azarkeşlər bu məğlubiyyətdən sonra da oturduqları yeri təmizlədi

4 İyul 2018 09:48 Azarkeş 422
Yaponiyalı azarkeşlər bu məğlubiyyətdən sonra da oturduqları yeri təmizlədi

Yaponiya azarkeşləri Belçika yığması ilə dünya çempionatının 1/8 final matçından sonra da tribunada özlərinin oturduqları hissədəki zibilləri toplayıblar.

Sportinfo.az xəbər verir ki, asiyalı fanatlar qrup oyunlarından başlanan ənənəvi təmizlik işlərini bu görüşün ardından da davam etdiriblər.

Yaponiya qrup oyunlarını Saransk, Yekaterinburq və Volqoqradda, 1/8 final görüşünü Rostovda keçirib.

"Gündoğar ölkə" təmsilçisi son matçında ikinci hissənin əvvəllərində hesabda 2:0 öndə olduğu halda, uzatma dəqiqələrində buraxdığı qolla uduzub - 2:3. Lakin son dəqiqə üzüntüsü də yaponiyalı azarkeşləri ənənələrindən əl çəkməyə sövq etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti