Yaponiya millisinin azarkeşləri dünya çempionatının Kolumbiya ilə matçından sonra ibrətamiz addımla yadda qalıblar.
Sportinfo.az xəbər verir ki, final fiti səsləndikdən sonra onlardan bəziləri tribunaları tərk etməyə tələsməyiblər.
Belə ki, kolumbiyalı azarkeş tərəfindən çəkilmiş videoda yaponların oyun zamanı yerə atdıqları zibilləri topladığı görünür. Halbuki Azərbaycanda biz bunun əksini görürük. Düşünürük ki, bu addım əsl nümunədir.
Həmin matçda gözlənilənin əksinə olaraq, Yaponiya millisi Kolumbiyaya 2:1 qalib gəlib. Eyni addımla bu qrupda mübarizə aparan Seneqalın azarkeşləri də yadda qalmışdı. Onlar da Polşa üzərindəki qələbədən sonra tribunalardakı zibilləri toplamışdılar.

