Portuqaliya millisi bu gün İran ilə keçirəcəyi dünya çempionatının III tur matçı ərəfəsində problemlə üzləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmadan əvvəl bir qrup iranlı azarkeş Portuqaliya yığmasının Saranskda qaldığı otelə tərəf gələrək, səs-küy salıblar və oyunçulara mane olublar.
Fanatların bu hərəkətlərindən narazı olan komandanın aparı futbolçusu Kriştianu Ronaldu eyvandan əl işarəsi ilə onlardan sakit davranmağı xahiş edib.
Portuqaliya bu gün B qrupunun son matçında İranla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

