Öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizlədilər - VİDEO

20 İyun 2018 18:48 Azarkeş 1 430
Öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizlədilər - VİDEO

DÇ-2018-i izləmək üçün Rusiyada olan Seneqal millisinin azarkeşləri nümunəvi hərəkətləri ilə diqqət çəkiblər.

Sportinfo.az xəbər verir ki, tərəfdarlar Polşa ilə oyundan (2:1) sonra öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizləyiblər.

Eyni addımı Kolumbiya üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra Yaponiya millisinin azarkeşləri də atıblar.

Hər iki oyun H qrupunda olub. Polşa – Seneqal matçı Moskvada, Kolumbiya – Yaponiya qarşılaşması isə Saranskda keçirilib. 2-ci turda məhz bu iki komanda – Seneqal və Yaponiya yığmaları üz-üzə gələcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti