İngilis azarkeşlər qatarda xuliqanlıq etdilər - Həbs olundular

20 İyun 2018 00:10 Azarkeş 733
İngilis azarkeşlər qatarda xuliqanlıq etdilər - Həbs olundular

İngiltərə yığmasının 2 azarkeşi xuliqanlıq etdikləri üçün Rusiyada həbs olunublar.

Sportinfo.az xəbər verir ki, sərxoş vəziyyətdə olan azarkeşlər Moskva-Volqoqrad qatarında xuliqanlıq edərək, ictimai asayişi pozublar.

Onlar qatarın şüşəsini də sındırıblar. Azarkeşlərdən biri şüşəni sındırarkən əlindən zədə də alıb. Qatarın əməkdaşları ingilisləri sakitləşdirməyin mümkün olmadığını görüb, polis çağırmalı olublar.

Hadisə yerinə gələn polis xuliqanları həbs edib. Məsələ ilə bağlı Britaniyanın Rusiyadakı səfirliyi məlumatlandırılıb. Xuliqan azarkeşlərin 15 gün müddətinə həbs cəzasına məruz qalacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti