33 minə bilet aldı, stadionda yerini tapa bilmədi - Foto

17 İyun 2018 19:15 Azarkeş 1 017
33 minə bilet aldı, stadionda yerini tapa bilmədi - Foto

DÇ-2018-in açılış oyununa - Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub.

Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddu.

Azarkeş stadiondakı stüardlara müraciət edib. Ona bildiriblər ki, DÇ-nin açılış oyunu başlayana qədər azarkeşin bilet aldığı yeri quraşdırmaq mümkün olmayıb. Əlacsız qalan fanat oyuna ayaq üstə baxmalı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti