Azərbaycan azarkeşlər Misir - Uruqvay matçında - 2 FOTO

16 İyun 2018 08:45 Azarkeş 645
Azərbaycan azarkeşlər Misir - Uruqvay matçında - 2 FOTO

Rusiyanın Yekaterinburq şəhərinin Azərbaycan diasporunun və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) nümayəndələri DÇ-2018-in Misir - Uruqvay matçını seyr ediblər.

"Report"un Moskva bürosunun məlumatına görə, azərbaycanlılar Misir yığmasına azarkeşlik ediblər.

"Salah və onun komandası bütün müsəlmanların fəxridir. Biz həmçinin Rusiyada dünya çempionatının keçirilməsinə şadıq.

Bu bayramda ruslarla birgə olmaq üçün stadionlara və fan-zonalara gedirik", - Sportinfo.az xəbər verir ki, bunu AMOR-un yerli bölməsinin rəhbəri Toğrul Həsənzadə bildirib.

Ramazan bayramı günü müsəlman komandalarının iştirakı ilə daha bir görüş keçirilir - Sankt-Peterburqda İran və Mərakeş komandaları qarşılaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti