Millidə baş məşqçiyə olan hörmətsizliyi bağışlamadılar: "Messidır bəyəm?"

25 Noyabr 2023 23:00 Azarkeş 1 635
Millidə baş məşqçiyə olan hörmətsizliyi bağışlamadılar: "Messidır bəyəm?"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşıb. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçirilən görüşdə U-21 millimiz 0:1 hesabı ilə uduzub.

Qarşılaşmanın 62-ci dəqiqəsində yaşanan hadisə isə azarkeşləri məğlubiyyətdən çox əsəbiləşdirib.

Belə ki, 19 nömrəli futbolçumuz Samir Abdullayev əvəzlənməsinə sərt etiraz edib.

O, öncə qolundakı sarğını əsəbi formada yerə çırpıb. Davamında köməkçi məşqçiyə, ardınca isə baş məşqçi Samir Əliyevə əl uzatmaqdan imtina edib.

Gənc futbolçu bu hərəkətləri ilə sosial şəbəkə istifadəçilərin qınağına tuş gəlib.

İzləyicilər hücumçunun cəzalanmasını tələb ediblər:

“Sonra da deyirik futbol niyə inkişaf eləmir. Belə tərbiyəsizlərlə hansı inkişafdan danışmaq olar? Onu ümumiyyətlə futboldan rədd eləmək lazımdır".

"Belələrini heyətdən rədd eləmək lazımdır. Etdiyi hərəkətin bir adı var – mədəniyyətsizlik".

"Guya 65 dəqiqədə qan edirdi də".

"Belələri heyətdən kənarlaşdırılmalıdır! İndidən məşqçiyə qarşı belə hörmətsizlik edirsə bundan futbolçu çıxmaz".

"Messi zaddı bu? Məşqçiyə hörmet eləmək lazımdır".

"Futbolumuzun real ūzū. Dūnya ulduzlarının etmədiyi hərəkətlərdi".

"Dərhal heyyətdən qovulmalı və digər oyunçular da bundan dərs çıxarmalıdı".

"Beləsini yığma üzünə həsrət qoymaq lazımdır”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI