"Neftçi" azarkeşlərindən Samir Abasova sillə kimi cavab - FOTO FAKT

11 May 2022 22:20 Azarkeş 1 676
"Neftçi" azarkeşlərindən Samir Abasova sillə kimi cavab - FOTO FAKT

Samir Abasovun Premyer Liqanın "Qəbələ" ilə matçdan (0-1) sonra azarkeşlər haqqında səsləndirdiyi fikirlər haqqlı olaraq ciddi narazılıq yaratdı.

Oyundan iki gün keçsə də, "Neftçi" fanatları müxtəlif yollarla çalışdırıcıya öz narazılıqların bildirməyə davam edirlər.

Fanatlar bu dəfə öz aralarında oynadıqları futbol oyunundan əvvəl üzərində "Mövqeyimiz bəllidir! Samir Abasov istefa!" yazısı olan pankart açıblar.

Gənc mütəxəssis son açıqlamasında "Azarkeşlər məni istefaya səslədi? Onlar həyatda mövqeyi olmayan insanlardı. Ötən il çempion olanda bizi atıb-tuturdular. İnanmıram ki, azarkeşlərin sözü ilə nəsə dəyişə bilsin. Bizi bura azarkeşlər yox, klub rəhbərliyi gətirib. Onlar güvənib. Ona görə də azarkeşi boş verin getsin" deyə fikirlər bildirmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti