"Problemlər var, onları biz daha sonra müzakirə edəcəyik"

16 May 2020 23:00 AÇ-2020 711
"Problemlər var, onları biz daha sonra müzakirə edəcəyik"

UEFA Avropa çempionatını əvvəlcədən planlaşdırıldığından az şəhərdə keçirməyə hazır olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

UEFA martın 17-də AVRO-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınmasına dair qərar qəbul edib. 12 iyun - 12 iyulda keçirilməli olan yarış gələn ilin 11 iyun - 11 iyuluna ertələnib.

"Prinsipcə bizim ideya çempionatı elə həmin şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var.

Onları biz daha sonra müzakirə edəcəyik. Biz prinsipial olaraq, çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, AVRO-2020-ni 10 şəhərdə də, 9-da da, 8-də də keçirməyə hazırıq" deyə Çeferin bildirib.

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti