UEFA Millətlər Liqası və Avropa çempionatını təxirə saldı

21 Mart 2020 10:24 AÇ-2020 875
UEFA Millətlər Liqası və Avropa çempionatını təxirə saldı

2021-ci il Millətlər Liqası, eləcə də gənclər və qadınlar arasında Avropa çempionatlarının final mərhələsinin vaxtı dəyişdiriləcək.

Sportinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu aya planlaşdırılmış pley-off oyunları beynəlxalq matçlar üçün pəncərənin açılacağı iyunda olacaq.

Bu tarix vəziyyətin qiymətləndirilməsindən sonra dəyişdirilə bilər. 2021-ci ilin iyununa təyin olunmuş üçüncü və dördüncü turun qarşılaşmaları isə təxirə salınacaq.

Gələn ilin iyun-iyulunda keçirilməli olan Millətlər Liqasının final mərhələsi, gənclər və qadınlar arasında Avropa çempionatı da ertələnəcək. Klublar öz oyunçularını təxirə salınmış bütün oyunlar üçün yığmalara göndərəcəklər.

UEFA Avropa çempionatını koronavirus pandemiyası ilə əlaqədar 12 iyun - 12 iyuldan 2021-ci il 11 iyun - 11 iyula təxirə salıb.

Digər Xəbərlər
Xəbər Lenti