"UEFA-ya AVRO-2020-nin başqa vaxta keçirilməsini təklif edəcəyik”

16 Mart 2020 16:28 AÇ-2020 662
"UEFA-ya AVRO-2020-nin başqa vaxta keçirilməsini təklif edəcəyik”

İtaliya Futbol Federasiyası UEFA-ya AVRO-2020-nin təxirə salınması xahişi ilə müraciət edəcək.

Sportinfo.az xəbər verir ki, bunu federasiyanın prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, matın 17-də təşkil olunacaq videokonfransda qitə çempionatının final mərhələsinin təxirə salınması təşəbbüsü ilə çıxış edəcək: “Ölkə çempionatını iyunun 30-na qədər yekunlaşdırmağa ümid edirik.

Bizə lazımdır ki, bu təqvimə Çempionlar Liqası və Avropa Liqası oyunlarını da daxil edək. Son tarix iyunun 30-udur. Biz UEFA-ya müraciətdə AVRO-2020-nin başqa vaxta keçirilməsi təklifi ilə çıxış edəcəyik”.

AVRO-2020 iyunun 12-dən iyulun 12-dək qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir. A qrupunun oyunlarını Bakı ilə yanaşı İtaliya paytaxtı Roma da qəbul edəcək. İlkin olaraq AVRO-2020-nin 2020-ci ilin dekabrına və ya 2021-ci ilə keçiriləcəyi ehtimal olunur.

Martın 17-də UEFA üzvü olan milli assosiasiyalar və Avropa Klublar Assosiasiyası və Futbolçuların Həmkarlar İttifaqı ilə videokonfrans keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti