Belə müsibət olar… Bir il sonraya təxirə salınır?

13 Mart 2020 09:28 AÇ-2020 908
Belə müsibət olar… Bir il sonraya təxirə salınır?

AVRO-2020 koronavirus (COVİD-19) epidemiyası səbəbindən təxirə salına bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri iddia ilə çıxış edib.

Nəşrin əməkdaşları UEFA-nın planlarını aşkara çıxarıblar. Məlumata görə, martın 17-də elan olunacaq qərara əsasən, çempionat bir il sonraya keçirilə bilər.

Bu qərarın verilməsi üçün FİFA-nın da razılığı olmalıdır. Belə ki, 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub.

AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi