FOTO - Biz onu Bakıda görməyəcəyik: Əzələsi qopdu

10 Mart 2020 16:00 AÇ-2020 1 052
FOTO - Biz onu Bakıda görməyəcəyik: Əzələsi qopdu

Uels millisi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Britaniya komandasının yarımmüdafiəçisi Co Allen mövsümü başa vurub.

"Hall Siti" ilə qarşılaşmada zədələnən "Stok Siti"nin oyunçusunun əzələsi qopub. 30 yaşlı orta sahə oyunçusunun bu səbəbdən nəinki mövsümü başa vurduğu, eyni zamanda AVRO-2020-ni buraxacağı açıqlanıb.

Bu isə o deməkdir ki, Allen Bakıda və Romada keçiriləcək qrup oyunlarında heyətdə yer almayacaq.

AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İsveçrə (13 iyun) və Türkiyə (17 iyun) ilə Bakıda, İtaliya ilə (21 iyun) Romada qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi