Bu komandanı Bakıya gətirəcək baş məşqçi bilindi

7 Mart 2020 22:20 AÇ-2020 1 022
Bu komandanı Bakıya gətirəcək baş məşqçi bilindi

İsveçrə Futbol İttifaqı milli komandanın baş məşqçisi məsələsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, ittifaq hazırkı çalışdırıcı Vladimir Petkoviçlə yoluna davam etmək qərarına gəlib.

2014-cü ildən yığmanı çalışdıran 56 yaşlı mütəxəssislə hətta yeni müqavilə də imzalanıb. Bağlanan sazişə əsasən, Petkoviç DÇ-2022-nin sonuna qədər komandanın sükanı arxasında dayanacaq.

Ancaq komanda dünya çempionatına vəsiqə qazana bilməsə, ittifaqın müqaviləyə xitam vermək hüququ olacaq.

İsveçrə millisi AVRO-2020-də İtaliya, Türkiyə və Uelslə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı