COP29

Azərbaycanla oyunda meydana çıxmasın!

8 Noyabr 2019 10:38 AÇ-2020 679
Azərbaycanla oyunda meydana çıxmasın!

"Lids"in yarımmüdafiəçisi Tayler Robertsin AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün Uels yığmasına çağırılması klubda narahatlığa yol açıb.

Sportinfo.az xəbər verir ki, həm məşqçilər korpusu, həm də azarkeşlər 20 yaşlı futbolçunun yenidən zədələnməsindən qorxurlar. Məsələ burasındadı ki, mövsümə zədəli vəziyyətdə başlayan Roberts sağaldıqdan sonra əla performans ortaya qoyub və qısa müddətdə komandanın liderinə çevrilib.

Yaxşı formada olduğu bir vaxtda yığmaya çağırılması isə "Lids"in baş məşqçisi Marselo Byelsanı qayğılandırır. Argentinalı mütəxəssis yetirməsinin yenidən zədələnmə riskinin olduğunu nəzərə alaraq, onun millidə meydana çıxmamasını arzulayır.

Həmçinin "Lids" azarkeşləri də narazılıqlarını sosial şəbəkə vasitəsilə dilə gətiriblər. Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti