"Qarabağ"la oynayan daha 3 nəfər koronavirusa yoluxdu

30 Noyabr 2020 23:40 Avropa Liqası 760
"Qarabağ"la oynayan daha 3 nəfər koronavirusa yoluxdu

“Sivasspor” və “Kayserispor”da koronavirusa yeni yoluxmalar qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Sivas təmsilçisində daha üç nəfərdə koronavirus aşkarlanıb.

Belə ki, Ağdam klubu ilə noyabrın 26-da İstanbulda baş tutan qarşılaşmadan cəmi iki gün sonra “Sivasspor”un daha bir futbolçusunun, həmçinin texniki heyətdə yer alan iki nəfərin COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıblar.

“Sivasspor”da “Qarabağ”la oyundan öncə də 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.

“Kayserispor”da isə iki futbolçunun koronavirus testi müsbət çıxıb. Adları açıqlanmayan oyunçular karantinə alınıblar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”