"Qarabağ" qrupda neçənci yeri tutacaq? - AL-DA SƏSVERMƏ

6 Oktyabr 2020 17:10 Avropa Liqası 1 407
"Qarabağ" qrupda neçənci yeri tutacaq? - AL-DA SƏSVERMƏ

Avropa Liqasının rəsmi "Twitter" səhifəsində Avropa Liqasının qrup mərhələsində komandaların imkanlarını öyrənmək üçün sorğu keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın da yer aldığın I qrupu ilə bağlı sorğuda indiyədək 24 491 nəfər iştirak edib.

Onların 67,4 faizi İspaniya "Vilyarreal"ının, 23,9 faizi isə Türkiyə "Sivasspor"unun şanslarını yüksək qiymətləndirib. Ağdam təmsilçisi 5,3 faiz səslə 3-cü, İsrailin "Makkabi" (Təl-Əviv) komandası 3,5 faiz səslə 4-cü sıradadır.

Oktyabrın 2-də başlayan sorğu 3 gün sonra başa çatacaq. "Qarabağ" qrup mərhələsindəki ilk oyununu oktyabrın 22-də İsraildə "Makkabi"yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti