Qvardioladan icazə istədi - Olimpiadada oynamaq üçün

5 İyun 2024 18:20 Avropa Liqası 2 821
Qvardioladan icazə istədi - Olimpiadada oynamaq üçün

“Mançester Siti”nin hücumçusu Xulian Alvares komandanın baş məşqçisi Pep Qvardiola ilə təkbətək söhbət edib.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Alvares Qvardioladan Argentina yığmasının heyətində olimpiadada oynamasına icazə verməsini istəyib.

24 yaşlı futbolçu “Mançester Siti”də istədiyi qədər oyun şansı qazana bilmir.

Futbol üzrə olimpiya turniri iyul-avqust aylarında keçiriləcək. Bu turnir FİFA-nın siyahısına daxil edilməyib, ona görə də klublar milli komandalara futbolçu buraxmağa borclu deyillər.

Bu, yalnız razılaşma yolu ilə mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar