"Çox söz deyə bilmirsən" - Bu ayrılığa təəssüfləndi

10 Fevral 11:40 Avropa Liqası 1 319
"Çox söz deyə bilmirsən" - Bu ayrılığa təəssüfləndi

«Ayrılıqlar istənilən halda həmişə təəssüf yaradır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın yarımmüdafiəçisi Jarl Marqarita deyib.

Ötən ilin yayında Masazır klubu ilə müqavilə imzalayan niderlandlı legioner Murad Musayevin baş məşqçi postundan istefa verməsinin onu təəccübləndirdiyini bildirib:

«Lakin bu, futboldur və çox söz deyə bilmirsən. Onunla işləmək bizə xoş oldu.

Savadlı və tələbkar məşqçidir. İşinə məsuliyyətli idi və bizdən də bunu tələb edirdi.

Mən Musayev haqda yalnız müsbət fikirlər söyləyə bilərəm. Ona da, özümüzə də uğurlar arzulayıram».

Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət).

"Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti