Daha beş komanda mərhələ adladı - Avropa Liqasında

21 Avqust 2020 00:43 Avropa Liqası 1 168
Daha beş komanda mərhələ adladı - Avropa Liqasında

Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələ həyəcanı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 5 oyun keçirilib.

UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan B-36, “Runavik”, "Qlentoran", "Kolreyn" və "İskra" 1-ci təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatıb.

“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.

Sent Cozefs (Cəbəllütariq) - B-36 (Farer adaları) 1:2

Qol: Boro, 30 - Przibilski, 28. Mellemqard, 43.

Runavik (Farer adaları) - Barri Taun (Uels) 5:1

Qol: Olsen, 52; 63; 74. Knudsen, 67. Lokin, 83 - Maklaqqon, 88.

Santa Koloma (Andorra) - İskra (Monteneqro) 0:0 (penaltilər 3:4)

Qlentoran (Şimali İrlandiya) – Torshavn (Farer adaları) 1:0

Qol: Makdaid, 42

Kolreyn (Şimali İrlandiya) - La Fiorita (San-Marino) 1:0

Qol: Maklauqlin, 89.

Tre Penne (San-Marino) – Qjilani (Kosovo) oyunu təxirə salınıb

Digər Xəbərlər
Xəbər Lenti