Bir oyun təxirə düşdü, digərində qonaqlar qalib gəldi

19 Avqust 2020 11:34 Avropa Liqası 742
Bir oyun təxirə düşdü, digərində qonaqlar qalib gəldi

Avropa Liqasında 2020/21 mövsümü start götürüb.

Sportinfo.az xəbər verir ki, ilkin mərhələnin ilk 2 oyunu keçilməli olsa da, biri baş tutmayıb.

“Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) qarşılaşması qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

“Enqordan”la “Zeta” arasında təşkil olunan görüşdə isə monteneqrolular qələbəyə seviniblər. Səfərdə qalib gələn “Zeta” I təsnifat mərhələsində Lüksemburqun “Proqress” klubuna rəqib olub.

“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) - təxirə salınıb
“Enqordan” (Andorra) - “Zeta” (Monteneqro) 1:3

Qollar: Qomes, 90+4 (pen.) - Vukçeviç, 45+1, Lambuliç, 54, 63

Digər Xəbərlər
Xəbər Lenti