"İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu

18 Avqust 2020 00:50 Avropa Liqası 1 236
"İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu

Avropa Liqasında növbəti finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinalda "Şaxtyor"u 5:0 hesabı ilə darmadağın edən "İnter" həlledici qarşılaşmada İspaniya təmsilçisi "Sevilya"ya rəqib olub.

Görüşdə hesab ilk hissədə açılıb. Argentinalı hücumçu Lautaro Martines 19-cu dəqiqədə Donetsk klubunun qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da yaxşı start verən milanlılar əvvəlcə 64-cü dəqiqədə Daniele D Ambrozionun qolu ilə fərqi artırıblar - 2:0.

Bununla kifayətlənməyən "İnter" futbolçuları 74-cü dəqiqədə "Şaxtyor"u 3-cü dəfə meydanın mərkəzinə dəvət ediblər. L.Martines dubl edib. Cəmi 4 dəqiqə sonra Cənubi amerikalının ideal ara ötürməsindən sonra Romelu Lukaku dəqiq zərbə ilə topu tora qovuşdurub.

84-cü dəqiqədə belçikalı hücumçu özünün 2-ci, komandasının isə 5-ci qolunu vuraraq matçda son nöqtəni qoyub.

"Sevilya" və "İnter" arasında final matçı avqustun 21-də Almaniyanın Köln şəhərində olacaq.

"İnter" – "Şaxtyor" 5:0

Qol: L.Martines, 19; 74. D`Ambrosio, 64. Lukaku, 78; 84.

Digər Xəbərlər
Xəbər Lenti