Bu gecə növbəti finalçı bilinəcək - Avropa Liqasında

17 Avqust 2020 21:40 Avropa Liqası 711
Bu gecə növbəti finalçı bilinəcək - Avropa Liqasında

Bu gün Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada "İnter"lə "Şaxtyor" qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

Bu görüşün qalibi finalda "Sevilya" ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.

23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Düsseldorf. "Merkur Şpil Arena"

Qeyd edək ki, bu cütlüyün qalibi finalda “Sevilya”nın rəqibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti