"Qarabağ"ın qarşısına kim çıxır, avrokubokların finalında oynayır

17 Avqust 2020 15:04 Avropa Liqası 1 312
"Qarabağ"ın qarşısına kim çıxır, avrokubokların finalında oynayır

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın avrokubokların qrup mərhələsindəki rəqibləri son 6 mövsümdən 4-də turnirlərin finallarına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, ardıcıl üç mövsüm Ağdam təmsilçisi ilə eyni qrupda yer almış klublar buna nail olublar.

Son olaraq cari mövsüm "köhlən atlar"ın Avropa Liqasının A qrupundakı rəqibi "Sevilya" həlledici görüşdə iştirak hüququna yiyələnib. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda "Mançester Yunayted"ii mübarizədən kənarlaşdırıb - 2:1. Azərbaycan çempionu qrupdakı hər iki matçda rəqibinə məğlub olmuşdu - 0:2, 0:3.

2018/2019 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı finalda oynayıb. London klubu Bakı Olimpiya Stadionundakı qarşılaşmada şəhərin digər təmsilçisi "Çelsi"yə 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda rəqibinə 0:3, Londonda isə 0:1 hesabı ilə yenillmişdu.

2017/2018 mövsümündə isə "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və İspaniyanın "Atletiko" klubları ilə birgə mübarizə aparmış ölkə çempionu qrup mərhələsini iki xalla sonuncu pillədə başa vurub.

Bakıda "Atletiko" ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi Madriddə 1:1-lik bərabərliyə nail olub. Bu nəticələrdən sonra İspaniya klubu mübarizəyə Avropa Liqasında davam edib və finala yüksəlib. Baş məşqçi Dieqo Simeonenin komandası finalda Fransa "Marsel"ini 3:0 hesabı ilə üstələyib.

5 il əvvəl - 2014/2015 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i turnirin finalına yüksəlib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmiş Ağdam komandası Bakıda eyni uğuru təkrarlaya bilməyib və meydanı məğlub tərk edib - 1:2. "Dnepr" isə finalda "Sevilya" ilə bacarmayıb - 2:3.

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə üz-üzə gələcək. Oyun avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı