Avropa Liqasında ilk finalçı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, "Sevilya"dır.
Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda "Mançester Yunayted" üzərində əzmkar qələbə qazanıb - 2:1.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş dəqiq penalti zərbəsi ilə açıb.
Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə "Sevilya" tarixində 6-cı dəfə finala yüksəlib.
Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq.
Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb.

