Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

12 Avqust 2020 13:40 Avropa Liqası 898
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada "Sevilya"nın yarımmüdafiəçisi Lukas Okambus, "Şaxtyor"un orta xətt oyunçusu Tayson, "İnter"in yarımmüdafiəçisi Nikolo Barella və "Kopenhagen"in qapıçısı Karl-Yohan-Yonssson iddialıdır.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.

1/4 final mərhələsində "Sevilya" İngiltərə "Vulverhempton"ı 1:0, "Şaxtyor" isə İsveçrə "Bazel"ini 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "İnter" Almaniya "Bayer"ini üstələyib - 2:1, "Kopenhegen" isə İngiltərənin "Mançester Yunayted" komandasına əlavə vaxtda məyus edib - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti