"Sevilya" və "Şaxtyor" yarımfinalda - Avropa Liqası

12 Avqust 2020 00:54 Avropa Liqası 1 797
"Sevilya" və "Şaxtyor" yarımfinalda - Avropa Liqası

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Görüş "Sevilya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 88-ci dəqiqədə Lukas Okampos vurub.

Gecənin digər oyunu isə Gelzenkirxendəki "AufŞalke Arena"da olub. Ukrayna "Şaxtyor"u ilə İsveçrə "Bazel"inin duelində sevinən Donetsk klubu olub. Oyuna erkən qolla başlayan ukraynalılar 2-ci dəqiqədə hesabı açıblar.

Junior Moraes adını tabloya yazdırıb. Bundan 20 dəqiqə sonra isə Tayson komandasının üstünlüyünü 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda "Şaxtyor" daha 2 qol vurub.

Əvvəlcə 75-ci dəqiqədə penaltidən Alan Patrik, 88-ci dəqiqədə isə Dodo fərqlənib. Oyunda son nöqtəni isə "Bazel"in heyətində Rikki Van Volfsvinkel qoyub - 4:1. Beləliklə, "Şaxtyor" inamlı qələbə ilə yarımfinala adlayıb.

Yarımfinalda “Şaxtyor” “İnter”, "Sevilya" isə “Mançester Yunayted” ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 16-da və 17-də keçiriləcək.

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Bazel" (İsveçrə) 4:1

Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.

"Vulverhempton" (İngiltərə) – "Sevilya" (İspaniya) 0:1

Qol: Okampos, 88.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!