Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək - Avropa Liqası

11 Avqust 2020 20:40 Avropa Liqası 1 766
Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək - Avropa Liqası

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək.

Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək.

İlk oyun günündə "İnter" Almaniya "Bayer"ini 2:1, "Mançester Yunayted" isə Danimarka "Kopenhagen"ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. Nəticədə "İnter" və "Mançester Yunayted" avqustun 17-də digər yarımfinalda bir-birinə rəqib olub.

23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA