"İnter" və "Mançester Yunayted" yarımfinala çıxdı

11 Avqust 2020 01:42 Avropa Liqası 943
"İnter" və "Mançester Yunayted" yarımfinala çıxdı

Almaniyada Avropa Liqasının 1/4 final oyunlarından 2-nə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "İnter" Dusseldorfda "Bayer"lə üz-üzə gəlib.

Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. "İnter"dən 15-ci dəqiqədə Nikolo Barella hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan bölümdə "Bayer"in bundan artığına gücü çatmayıb.

"Mançester Yunayted" isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək.

Duysburqdakı "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq.

“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0

Qol: B.Fernandes, 94-pen.

“İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 2:1

Qol: Barella, 15. Lukaku, 21 – Haverts, 24.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi