"Mançester Yunayted" və "İnter" üçün 1/4 final həyacanı - BU GECƏ

10 Avqust 2020 18:48 Avropa Liqası 1 062
"Mançester Yunayted" və "İnter" üçün 1/4 final həyacanı - BU GECƏ

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, cütlərin taleyini bir oyun həll edəcək.

Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək. İlk oyun günündə iki qarşılaşma oynanılacaq.

"Mançester Yunayted" Kölndə "Kopenhagen"lə üz-üzə gələcək. "İnter" isə Dusseldorfda "Bayer"in (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.

1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək.

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA