Püşkatma: "Neftçi" və "Keşlə"nin potensial rəqibləri azaldı

10 Avqust 2020 11:48 Avropa Liqası 1 214
Püşkatma: "Neftçi" və  "Keşlə"nin potensial rəqibləri azaldı

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Püşkatmada 94 iştirakçı 47 cüt təşkil edəcək. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılacaq.

Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq. Paytaxt təmsilçiləri səpələnmiş, debütant səpələnməmişlərdən olacaq.

Püşkatmadan öncə iştirakçılar qruplara bölünüb. Paytaxt klubları Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) komandalarından biri ilə üz-üzə gələcək.

"Sumqayıt" isə Rumıniyanın "Universitatya”, Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Topola" klublarından biri ilə qarşılaşacaq.

I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

APOEL (Kipr)
“Partizan” (Serbiya)
"Styaua" (Rumıniya)
"Maribor" (Sloveniya)
"Hapoel" (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Fehervar” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
TNS (Uels)
“Dinamo” (Minsk, Belarus)
"Lex" (Polşa)
"Aberdin" (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)
"Kukesi" (Albaniya)
“Vaduts” (Lixtenşteyn)
“Valletta” (Malta)
“Ventspils” (Latviya)
"Olimpiya" (Sloveniya)
“Linkoln” (Cəbəllütariq)/“Priştina” (Kosovo) cütünün qalibi
“Santa Koloma” (Andorra)/“İskra” (Monteneqro) cütünün qalibi
“Cent Cozefs” (Cəbəllütariq)/B-36 (Farer adaları) cütünün qalibi
“Topola” (Serbiya)
“Universitatya” (Rumıniya)
“Servett” (İsveçrə)
“Nomme Kalyu” (Estoniya)
“Şaxtyor” (Belarus)
“Malmö” (İsveç)
“Hammarbü” (İsveç)
“Hafnarfyordur” (İslandiya)
"Bodo Qlimt" (Norveç)
“Riterlay” (Litva)
“Proqress” (Lüksemburq)
MOİK (Bolqarıstan)
"Sutyeska" (Monteneqro)
“Honved” (Macarıstan)
“Makkabi” (Hayfa, İsrail)
"Beytar" (İsrail)
“Ordabası” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan)
“Şemrok Rovers” (İrlandiya)
“Keşlə” (Azərbaycan)

Səpələnməmişlər
“Sumqayıt” (Azərbaycan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
"Slaviya" (Bolqarıstan)
"Botoşani" (Rumıniya)
"Pyast" (Polşa)
“Levadiya” (Estoniya)
“Krakoviya” (Polşa)
“Hibernians” (Malta)
"Dunayska" (Slovakiya)
"Rujomberok" (Slovakiya)
"Jilina" (Slovakiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
"Laçi" (Albaniya)
"Mura" (Sloveniya)
“Puşkaş Akademi” (Macarıstan)
“Saburtalo” (Gürcüstan)
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova)
“Union” (Lüksemburq)
“Differdanj” (Lüksemburq)
“Jalgiris” (Kauno, Litva)
RFS (Latviya)
“Valmiera” (Latviya)
"Noa" (Ermənistan)
“Teuta” (Şimali Makedoniya)
"Şirak" (Ermənistan)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Sfantul” (Moldova)
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya)
“İnter” (Finlandiya)
“İlves” (Finlandiya)
“Honka” (Finlandiya)
“Breydablik” (İslandiya)
“Bala Taun” (Uels)
“Dinamo” (Batumi, Gürcüstan)
“Lokomotivi” (Gürcüstan)
“Sirens” (Malta)
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)
“Tre Penne” (San-Marino)/“Qjilani” (Kosovo) cütünün qalibi
“Enqordan” (Andorra)/“Zeta” (Monteneqro) cütünün qalibi
“Qlentoran” (Şimali İrlandiya)/“Torshavn” (Farer adaları) cütünün qalibi
“Kolreyn” (Şimali İrlandiya)/“La Fiorita” (San-Marino) cütünün qalibi
“Runavik” (Farer adaları)/“Barri Taun” (Uels) cütünün qalibi

Digər Xəbərlər
Xəbər Lenti