Türkiyə çempionu Avroliqada mübarizəni dayandırdı - VİDEO

5 Avqust 2020 23:20 Avropa Liqası 959
Türkiyə çempionu Avroliqada mübarizəni dayandırdı - VİDEO

Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə dubl edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.

Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti