Avroliqada birbaşa qrupa düşən klublar - SİYAHI

2 Avqust 13:40 Avropa Liqası 2 130
Avroliqada birbaşa qrupa düşən klublar - SİYAHI

Avropa Liqasının 2020/21 mövsümünə qrup mərhələsindən başlayacaq komandaların tam siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 17 komanda qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə qrupdan start verəcək.

Bunlar UEFA reytinqinə əsasən qitənin 12 ən yaxşı ölkəsinin təmsilçiləridir. İlk “beşlik”dəki ölkələr hərəyə iki, digərləri bir komanda ilə qrupda təmsil olunacaq.

Qrup mərhələsində oynayacağı dəqiqləşən klublar aşağıdakılardır:
“Arsenal” (İngiltərə)
“Roma” (İtaliya)
“Napoli” (İtaliya)
“Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya)
MOİK (Rusiya)
“Braqa” (Portuqaliya)
“Lester” (İngiltərə)
“Real-Sosyedad” (İspaniya)
“Feyenoord” (Niderland)
“Hoffenhaym” (Almaniya)
“Zarya” (Ukrayna)
“Nitsa” (Fransa)
“Lill” (Fransa)
“Antverpen” (Belçika)
“Sivasspor” (Türkiyə)
“Volfsberqer” (Avstriya)

Avropa Liqasının qrup mərhələsinin digər 31 iştirakçısı təsnifat oyunlarından sonra bəlli olacaq. 21 komanda Avropa Liqasının pley-offunda qalib gəlməklə bu hüquqa yiyələnəcək. Çempionlar Liqasında uduzan 10 komanda da onlara qoşulacaq.

Xəbər Lenti
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu