Azərbaycanda 16 klub – Futboldan gedənlər "qaytarıldı"

5 İyun 2020 12:30 Avropa Liqası 3 219
Azərbaycanda 16 klub – Futboldan gedənlər "qaytarıldı"

Avropa Liqası (keçmiş UEFA Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, son 50 illiyin siyahısına Azərbaycanın 16 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

Aktivində 34 xalı olan "Neftçi" 216-cıdır. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Qəbələ"yə (27 xal) məxsusdur. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidir.

EFA Kuboku 1971-ci ildən keçirilməyə başlasa da, 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/1995 mövsümündən mübarizə aparır.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 118. "Qarabağ" - 69 xal

2) 216. "Neftçi" - 34 xal

3) 248. "Qəbələ" - 27 xal

4) 471. "Xəzər Lənkəran" - 10 xal

5) 601. "Zirə" - 5 xal

6) 606. "Karvan" - 5 xal

7) 631. "Bakı" - 5 xal

8) 715. "Kəpəz" - 3 xal

9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

10) 819. "MKT Araz" - 1 xal

11) 861. "Xəzri Buzovna" - 1 xal

12) 876. "Səbail" - xalı yoxdur

13) 902. "Simurq" - xalı yoxdur

14) 939. "Turan" - xalı yoxdur

15) 940. "Şəfa" - xalı yoxdur

16) 950 "Şəmkir" - xalı yoxdur

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!