
Çempionlar Liqasında (ÇL) 2020-21 mövsümünün qrup mərhələsinin başlama vaxtı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatı UEFA-nın gələn mövsümlə bağlı qərarını verdiyini iddia edib.
Məlumatda bildirilib ki, ÇL-in növbəti mövsümündə qrup mərhələsinin ilk oyunları 20-21 oktyabr tarixində keçiriləcək. Həmin ayın 22-də isə Avropa Liqasının qrupuna start veriləcək. Avrokubokların təsnifat mərhələləri isə iyulun sonundan sentyabra qədər keçiriləcək.
UEFA hazırda dayandırılan Çempionlar Liqasının final matçının avqustun 29-da, Avropa Liqasının həlledici görüşünün isə 26-da təşkilini planlaşdırır.