Avropa Liqasının daha 2 oyununa koronavirus əngəli

12 Mart 00:00 Avropa Liqası 299
Avropa Liqasının daha 2 oyununa koronavirus əngəli

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından ikisi koronavirusun yayılma təhlükəsi ilə əlaqədar azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bunlar LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) matçlarıdır.

UEFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Müvafiq hökumət orqanlarının koronavirusa qarşı qərarlarına uyğun olaraq, Avropa Liqasının daha 2 görüşü qrafiklə, amma bağlı qapılar arxasında təşkil olunacaq".

Oyunlar martın 12-də keçiriləcək. Daha əvvəl UEFA Avropa Liqasının "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) qarşılaşmaları təxirə salınıb. "Roma" təyyarəsinin İspaniyaya enişinə icazə verilməməsi səbəbindən "Sevilya" ilə 1/8 final mərhələsinin ilk oyununa yollana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 21:00 1 il də "Sumqayıt"da