Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

21 Fevral 2020 11:21 Avropa Liqası 599
Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunlarından sonra iddialılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, Almaniya "Ayntraxt"ının (Frankfurt) yarımmüdafiəçisi Daiçi Kamada, Portuqaliya "Sportinq"inin forvardı Lusiano Vyetto və Şotlandiyanın "Reyncers" komandasının yarımmüdafiəçi Yanis Hacidir.

Jota evdə İspaniya "Espanyol"unu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib. Kamada da Zaltsburq"a (Avstriya) qalib gəldikləri (4:1) matçda rəqib qapısına üç qol vurub.

Haci Portuqaliya "Braqa"sını üstələdikləri (3:2) oyunda iki qola imza atıb, Vyetto isə Türkiyə təmsilçisi "Başakşehir"i məğlub etdikləri (3:1) matçda fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"