"Qarabağ"ı üzən: "Xoşbəxtik və yolumuza davam edirik"

8 Noyabr 2019 00:24 Avropa Liqası 659
"Qarabağ"ı üzən: "Xoşbəxtik və yolumuza davam edirik"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn APOEL-in yarımmüdafiəçisi Giorgos Efrem matçdan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı kiprli futbolçu qələbəni şərh edib: "Lüksemburqa qələbə və mərhələ keçmək üçün gedəcəyik. Zəfərə hamımız ilk gündən inanırdıq. Bu qələbə bizə qrupda çox kömək edəcək.

Qisas almaq üçün "Düdelanj"a qalib gəlməliyik. Qola gəlincə, kimin vurmasının əhəmiyyəti yoxdur. Mən bunu çılğın şəkildə qeyd etdim. Bu, komandanın vurduğu qoldur. Xoşbəxtik və yolumuza davam edirik".

Digər Xəbərlər
Xəbər Lenti