"Qarabağ"lı yarımmüdafiəçi Avroliqada həftənin rəmzi komandasına düşdü - FOTO

8 Mart 17:00 Avropa Liqası 1 573
"Qarabağ"lı yarımmüdafiəçi Avroliqada həftənin rəmzi komandasına düşdü - FOTO

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benziya Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.

həftənin rəmzi komandası "Sofa Score" tərəfindən hazırlanıb.

8 balla qiymətləndirilən Benzia "Bayer 04"ə qarşı matçda 1 qolla yadda qalıb.

"Qarabağ"ın fransızı "Roma"dan Stefan El-Şaaravi, "Benfika"dan Anxel Di Mariya, "Liverpul"dan Aleksis Makallisterlə birlikdə mövqeyinin ən yaxşılarından olub.

Qapıçı: Noa Atubolu ("Frayburq")

Müdafiəçilər: Obit Evan Ndika ("Roma"), Şansel Mbemba-Manqulu ("Marsel"), Canluka Mançini ("Roma")

Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anxel Di Mariya ("Benfika")

Hücumçu: Pyer-Emerik Obameyanq ("Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul")

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Bayer 04" ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"