Revanş aldılar, adlarını finala yazdırdılar - VİDEO

00:00 Avropa Liqası 68
Revanş aldılar, adlarını finala yazdırdılar - VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniya “Frayburq”u doğma meydanda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edib.

İlk görüşdə 1:2 hesabı ilə məğlub olan almanlar cavab matçında inamlı qələbə qazanaraq (3:1) adlarını finala yazdırıblar.

Digər yarımfinal qarşılaşmasında isə İngiltərə klubları üz-üzə gəlib. Səfərdəki ilk oyunda “Nottinqem Forest”ə minimal hesabla (0:1) uduzan “Aston Villa” öz meydanında darmadağınla qələbə qazanıb.

Rəqibini 4:0 hesabı ilə üstələyən Birminhem təmsilçisi finala vəsiqəni təmin edib.

Turnirin həlledici final matçı mayın 20-də İstanbulda keçiriləcək. Kubok uğrunda “Aston Villa” və “Frayburq” kollektivləri mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti