Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, həftənin əsas oyunları cümə axşamı baş tutsa da, 1/4 finalın pərdəsi çərşənbə günü keçirilən “Braqa” – “Real Betis” (1:1) qarşılaşması ilə açılıb.
Baş tutan digər qarşılaşmalarda “Aston Villa” səfərdə “Bolonya”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinal yolunda böyük üstünlük əldə edib.
Almaniyanın “Frayburq” klubu isə doğma meydanda “Selta Viqo”nu darmadağın edərək (3:0) cavab oyunu öncəsi işini asanlaşdırıb.
Portuqaliyada keçirilən “Portu” – “Nottingem Forest” matçında isə tərəflər hərəyə bir qolla heç-heçəyə (1:1) razılaşıblar.

