Avropa Liqasının pley-off mərhələsində İngiltərədə “Nottinqem Forest” ilə qarşılaşan “Fənərbaxça”nın azarkeşləri stadionun oturacaqlarını qırıb.
Sportinfo.az xəbər verir ki, istanbullu tərəfdarlar komandalarının 2:1 hesablı qələbəsinə baxmayaraq mərhələni keçməməsinə əsəbiləşib.
Buna görə onlar ingilis təmsilçisinin stadionu olan “Siti Qraund”un oturacaqlarını sındırıblar.
Tərəfdarlarının etdiklərinə görə UEFA İstanbul klubunu cərimələyəcək.
İlk görüşdə 0:3 hesabı ilə uduzan “Fənərbaxça” Avropa Liqasının pley-off-unda mübarizəni dayandırıb.


