"Biz bir çox duellərdə məğlub olduq və onların ritmini qarşılamaq mümkün olmadı"

28 Avqust 21:40 Avropa Liqası 116
"Biz bir çox duellərdə məğlub olduq və onların ritmini qarşılamaq mümkün olmadı"

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasından kənarlaşdırılmaları ilə bağlı fikirlərini bölüşüb.

Mourinyonun komandası dünən “Benfika”ya 0:1 hesabı ilə məğlub olub.

İki oyunun cəmində (ilk oyun – 0:0) üstün tərəf olan Portuqaliya təmsilçisi liqa mərhələsinə yüksəlib.

Sportinfo.az NTV-yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha güclü tərəfin qalib gəldiyini bildirib:

“Düşünürəm ki, daha güclü tərəf qalib gəldi. Biz bir çox duellərdə məğlub olduq və onların ritmini qarşılamaq mümkün olmadı.

Çempionlar Liqasında olsaydıq, ehtimal ki, 8 oyun keçirməli olardıq. Ancaq UEFA Avropa Liqasında biz finala qədər irəliləyə bilərik”.

Avropa Liqasının əsas mərhələsinin püşkatma mərasimi avqustun 29-da keçiriləcək.

Hazırda “Fənərbaxça” ikinci səbətdə yer alır və “Seltik”, “Lion”, “Servena Zvezda”, “Ferentsvaroş” və “Viktoriya” (Plzen) ilə birlikdə liqa mərhələsində iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!
28 Avqust 09:40 Kasıbın olanı budur!
28 Avqust 04:20 "Kəpəz"ə xəbərdarlıq