"Mən uzunmüddətli uğurlar əldə edə biləcək komanda qurmaq barədə düşünürəm"

00:20 Avropa Liqası 99
"Mən uzunmüddətli uğurlar əldə edə biləcək komanda qurmaq barədə düşünürəm"

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandası ilə birlikdə Avropa Liqasını qazanmasından sonra klubda qalmaq istədiyini bildirib.

London təmsilçisi finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək titulun sahibi olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı işini hələ bitmiş saymır:

“Bu qələbəyə o qədər fokuslanmışdım ki, başqa heç nə haqqında düşünmürdüm. Nə baş verəcəksə, artıq baş verib.

Hələ də bu komandamızı qurmaq mərhələsindəyik. Çox gənc komandayıq və təcrübə qazanmağımız lazımdır.

Mən uzunmüddətli uğurlar əldə edə biləcək komanda qurmaq barədə düşünürəm. Amma məşqçi olaraq gələcəyim mənim əlimdə deyil. Bu məni narahat etsəydi, siz bunu görərdiz.

Qalmaq istəyirəm. Hələ işimi bitmiş saymıram. Bu posta keçəndə məqsədim nəsə qazanmaq idi və indi bunu inkişaf etdirmək istəyirəm.

“Tottenhem” üçün bunun nə demək olduğunu bilirəm. Nə qədər çox titul qazanılmırsa, bu dövrü qırmaq da bir o qədər çətinləşir. Klubdakı hər kəsin üzərində bu gərginliyi hiss edirdim”.

59 yaşlı Postekoqlu 2023-cü ildən “Tottenhem”ə rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...